Bakıda quldurluq edənlər tutuldu

  14 May 2020    Oxunub : 2605
Bakıda quldurluq edənlər tutuldu
Paytaxtda quldurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, cari il fevralın 1-də Bakı şəhər sakini X.Cəfərlinin mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinənlər - Şəmkir rayon sakinləri E.Məmmədov və E.Abdullayev Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN