Bakıda karantini pozan “leytenant” tutuldu - FOTO
İdarədə araşdırma zaman həmin şəxsin Saatlı rayon sakini, Sabunçu rayonunda müvəqqəti yaşayan Elçin İsmayılov olduğu məlum olub. O, izahatında karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün qeyri-qanuni yolla əldə etdiyi xüsusi formanı geyindiyini və heç bir hərbi birləşmənin əməkdaşı olmadığını etiraf edib.
E.İsmayılovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.
Azvision.az