“Palmali”dən “Bakı” tankeri açıqlaması

“Palmali”dən “Bakı” tankeri açıqlaması
  09 Yanvar 2014    Oxunub:1674
“Palmali” şirkətlər qrupuna məxsus “Bakı” tankeri Liviya sahillərində atəşə tutulub.
Məlumatlara görə, Liviya limanından tankerə neft yüklənən zaman gəmiyə Liviya əsgərləri tərəfindən xəbərdarlıq edilib. Amma xəbərdarlığa məhəl qoyulmadığına görə hərbi gəmilər “Bakı” tankerinə atəş açıblar. Liviyanın Milli Neft Korporasiyasından ANS-ə verilən məlumatda da hadisənin həqiqətən baş verdiyi və tankerin Azərbaycana məxsus olduğu bildirildi.

Məsələ ilə bağlı “Palmali” şirkətlər qrupu da açıqlama verib. Şirkətin vitse-prezidenti İbrahim Nəbioğlu ANS-ə məsələnin təfərrüatlarını danışıb:

“Bu “Palmali” donanmasının ən önəmli afromax tipli gəmilərindən biridir. Həqiqətən də bu hadisə Liviyanın quru sərhədləri yaxınlığında baş verib. Bu bizim gəmiyə qarşı pirat hadisəsidir. Yəni quldurlarının hücumudur. Bizim gəmiyə və onun ekipajına heç bir zərər dəyməyib”.

İbrahim Nəbioğlunun sözlərinə görə, bu onlara qarşı ilk belə hadisədir və bunun kökündə Liviyada mövcud olan siyasi proseslər dayanır. O, quldurların məqsədinin gəmini ələ keçirtmək olduğunu deyib. "Lakin bu baş tutmayıb. Hazırda “Bakı” tankeri Malta sularındadır".


Teqlər:  





Xəbər lenti