Ağstafada top mərmiləri aşkarlandı
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə həmin kəndlərin ərazisinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən Köhnə Qışlaq kəndi ərazisində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 8 ədəd müxtəlif çaplı top mərmiləri, Yaradulla kəndi ərazisində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində isə 1 ədəd praktiki atışlar üçün nəzərdə tutulmuş 130 mm-lik top mərmisi (PBR-482) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmilərinin ətrafında 750 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Azvision.az