Bir gecədə 3 ev yandı

Bir gecədə 3 ev yandı
  09 Yanvar 2014    Oxunub:912
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 256 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsin tavanı 128 kv.m ev əşyaları qismən və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Yanğın saat 03:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Saatlı rayonu, Mustafabəylik kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 162 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin çardağının yanar konstruksiyaları 1 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının və dəhlizinin yanar konstruksiyaları ev əşyaları 18 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti