Füzulidə 11 yaşlı qız kanalda batıb

Füzulidə 11 yaşlı qız kanalda batıb
  15 May 2020    Oxunub:3063
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsi ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Məmmədova Aysun Arzu qızının batması barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Füzuli  





Xəbər lenti