“Etiraf edək ki, iqtidara uduzduq” - AÇIQLAMA

“Etiraf edək ki, iqtidara uduzduq” - AÇIQLAMA
  09 Yanvar 2014    Oxunub:1122
“Müsavatın Milli Şuradan ayrılması bizim iqtidara uduzmağımızdır”
Milli Şuradan ayrılan Müsavat Partiyasında qarşı AXCP üzvləri tərəfindən total hücumlar davam edir. Sosial şəbəkələrdə İsa Qəmbərin başqanı olduğu partiyaya qarşı kampaniya aparan cəbhəçilərin sorağına nəhayət partiya sədri Əli Kərimli də qoşulub.

AzVision.az-ın məlumatına görə, Ə.Kərimli facebook səhifəsində yazdığı statusunda birbaşa Müsavata eyham vuraraq onları Milli Şuranı yarı yolda qoymaqda gühanlandırıb.

“Necə iddia etmək olar ki, Milli Şuranın hədəfi müəyyənləşməyib? Necə iddia etmək olar ki, Milli Şura prezident seçkilərində iştirak etmək üçün yaranmışdı?

Belə bir sənədi qəbul etmək, bu sənədin əsasında digərləri ilə birlikdə təşkilat yaratmaq həm də üzərinə məsuliyyət götürmək deməkdir. Belə iddialı məqsədlərlə yaradılan təşkilatın(MŞ-nın) təsisçisi olmaq həm də tərəfdaşlar və bütövlükdə xalq qarşısında üzərinə müəyyən öhdəliklər götürmək deməkdir. O öhdəliklərdən yarı yolda imtina etmək olmaz. Ona görə də AXCP-nin Milli Şuraya dəstəyi davam edir. Məqsədin böyüklüyü, prosesin çətinliyi bizi qorxutmur. Belə çətin bir yola çıxmağımızdan peşman deyilik. Bu yolu sona qədər getməyə hazır olanlarla yola davam edəcəyik”-deyə AXCP sədri Müsavata mesaj göndərib.

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı isə hesab edir ki, Müsavatın Milli Şuradan çıxması ilə müxalifət hakimiyyətə məğlub oldu.

“Bu gün baş verənlər ölkə siyasətinin yenidən dizayn edilməsi prosesinin tərkib hissəsidir. Bu baxımdan etiraf etməliyik ki, Müsavatın Milli Şuradan ayrılması bizim iqtidara uduzmağımızdır. Təəsüf. Müsavatın Milli Şuradan qoparılması 2015-ci ilin parlament seçkilərinə hazırlıq prosesidir”-deyə partiya rəsmisi qeyd edib.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti