Bakıda kişinin çantasını oğurlayan şəxs saxlanıldı

  15 May 2020    Oxunub : 2127
Bakıda kişinin çantasını oğurlayan şəxs saxlanıldı
Paytaxtda oğurluq edən şəxs tutulub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da paytaxt sakini S.Əliyevin içərisində 2000 manat dəyərində noutbuk, qol saatı, kitablar və 2 ədəd fləşkart olan çantasını oğurlamaqda şübhəli bilinən S.Rüstəmov saxlanılıb.

Azvision.az

Teqlər: Bakı   Oğurluq