Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 13-də rayon ərazisindəki mağazaların birindən 1500 manat və 1200 ABŞ dolları pul, habelə 6 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Ü.Cəlilov saxlanılıb.