Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 11-də rayon ərazisində “Mercedes” markalı avtomobildən 250 manat pul, 250 manat dəyərində videoqeydiyyat qurğusu, 25 manat dəyərində mikrokart və 90 manat dəyərində 3 ədəd fləşkart oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Məhəmmədli kənd sakini S.Bəyalıyev və Lənkəran rayon sakini S.Cəfərov saxlanılıblar.