Naxçıvanda qanunsuz yaşayan 9 əcnəbi aşkarlanıb
Ötən ay Dövlət Miqrasiya Xidmətinə əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı, ümumilikdə, 88 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.
Azvision.az