“Rəsul Quliyevdən niyə məsləhət alım ki?” – Sülhəddin Əkbər

“Rəsul Quliyevdən niyə məsləhət alım ki?” – Sülhəddin Əkbər
  09 Yanvar 2014    Oxunub:1112
“Rəsul Quliyev bu partiyanın üzvü deyil. Partiyanın adının dəyişdirilməsi və yeni adın müəyyən edilməsi zamanı onunla heç bir məsləhətləşmə aparılmayıb. Rəsul Quliyevlə niyə məsləhətləşək ki?”.
Bu fikirləri AzVision.az-a açıqlamasında adı dəyişdiriləcək Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər bildirib.

Sabiq ACP lideri Rəsul Quliyevlə yolları ayrılan S.Əkbər partiyasının adının dəyişdirilməsində eks-spikerlə məsləhətləşmə aparmadığını və buna lüzum olmadığını deyib.

“Müsavatın Milli Şuranı tərk etməsi bu qurumun dağılmağı demək deyil, amma Milli Şurada böhran yarandığına işarədir. Çünki söhbət təkcə Müsavatın Milli Şuradan çıxmasından getmir. Ondan öncə də Milli Şurada müzakirələr başlamışdı, yeni mərhələdə qurumun məqsədlərinin konkretləşdirilməsi, startegiyasi, taktikası, struktur islahatları müzakirəyə başlayıb. Amma heç biri öz həllini tapmayıb. Milli Şuraya daxil olan qüvvələr bu siyasi böhranın aradan qaldırılması ilə bağlı məsləhətləşmələr aparır”.

AzVision.az


Teqlər:





Xəbər lenti