Ata və oğlunun mənzili qarət edildi

Ata və oğlunun mənzili qarət edildi
  16 May 2020    Oxunub:3823
Bakıda oğurluq edən şəxs saxlanılıb.
Azvision.az xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində baş verib.

Belə ki, Bakı şəhər sakini V.Pirizada məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən evdən 1700 manat məişət əşyaları, onun oğluna məxsus mənzildən tikinti alətləri elektrik naqilləri və digər məişət əşyaları oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Ağarəsul Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti