Şəkidə mebel sexi yandı

Şəkidə mebel sexi yandı
  16 May 2020    Oxunub:3471
Şəki rayonunda yanğın hadisəsi baş verib.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 1200 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (mebel və dəmirçi sexi, anbar, aptek) sahəsi 300 m² olan mebel sexinin dam örtüyünün taxta atmaları, içərisində taxta materiallar 3 m³ və 4 ədəd dəzgah yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti