Gəncədə karantin rejimi ilə bağlı reydlər davam etdirilir
Növbəti belə reyd Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılovun iştirakı ilə baş tutub. Onlar şəhərdə fəaliyyət göstərən iri market və mağazalarda, geyim dükanlarında və apteklərdə, o cümlədən ictimai nəqliyyatda xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinin səviyyəsi ilə yerində tanış olublar.
Azvision.az