“Milli Şura nəlbəkidə fırtına törətdi” -YAP-çı deputat
O, AzVision.az-a açıqlamasında vurğulayıb ki, Milli Şura və onun fəaliyyəti onu maraqlandırmır: "Milli Şura məni maraqlandırmır. Milli Şura adlı qurumun nə fəaliyyəti var, nə özü var, nə sözü var. Mətbuatda “tufan” qoparırlar, nəlbəkidə fırtına törədirlər. Bizə nə kim çıxır, kim girir?”.
Milli Şurada baş verənlərlə bağlı hakimiyyətinin adının hallanmasına gəlincə isə o bildirib ki, bu barədə heç bir söz deyə bilməz: “Mənimlə heç kim danışığa girməyib, mən bilmirəm. Partiya olaraq deyə bilərik ki, bizim bu barədə məlumatımız yoxdur”.
Fatimə Kərimli