“Kaş gəncliyimi dəyişə biləydim” – Mehriban Ələkbərzadə

“Kaş gəncliyimi dəyişə biləydim” – Mehriban Ələkbərzadə
  09 Yanvar 2014    Oxunub:8718
İnsan yaşadığı, var olduğu müddətdə daima həyatında nəyisə dəyişir. Bu bəzən adi, sadə əşyadan tutmuş çevrəyə, dostlara qədər uzanan bir dəyişiklik olur. Kimi xasiyyətini, evini, iş yerini, kimi həyat yoldaşını, kimi də bütünlüklə həyatını dəyişir. Amma fərq etməz dəyişilənlər və ya dəyişdirilənlər sonradan ömür səhifələrində kiçik, ya da böyük xatirələrə çevrilir. Dəyişikliklər həyatımızda bəzən xoş, bəzən isə xoşagəlməz izlər qoyur .

Heç də hər zaman arzuladığımız həyata aparan yolda bəyənmədiklərimizi dəyişdirmək gücümüz və ya imkanımız olmur. İllər ötükcə isə edə bilmədiklərimiz “KAŞ Kİ...”lərə çevrilir.
“İndiki ağlım olsaydı”, “İndiki pulum olsaydı”, “ İndiki vaxtım olsaydı” ...... dəyişərdim kimi ifadələrin bəzən sayı-hesabı olmur...

Çünki keçmişdə edə, dəyişdirə bilmədiklərimiz az və ya çox dərəcə də şüuraltımızda ilişib qalır, ta ki o sönənə kimi...

Beləliklə, NƏYİ DƏYİŞƏRDİN?” rubrikasının bu dəfəki qonağı Əməkdar İncəsənət xadimi, rejissor Mehriban Ələkbərzadədir.
Dəyişmək mümkün olsa…..ŞUŞAnın (Qarabağın) hər bir azərbaycanlının həyatı bahasına olsa da, təslim edilməsinə imkan verməzdim.

Amma dərk etdiyim qədər …bu YAZIya artıq pozu edəcək mən deyiləm.

Əgər ki, Sokratın dili ilə desək…. danışım, görün kiməm.. Sokrat.

Böyük insanlar hadisələri, dahi insanlar isə nəticələri düşünür.

Mən özümü böyük insan bilmədiyimdən, dünyanın hadisələrini dəyişdirmək istədim…Amma bu da mənə mümkünsüz.

Yox əgər mümkün olsaydı….Bu XÜLYAya qapansaq:

…ANAmı geri qaytarardım. Yenidən lap elə o taleni yaşamalı olsam belə, ANAmı istərdim. Yaşadığım illəri bir az geriyə qaytarardım…yaşadığım YOLda kimsəyə inam və dəyər verməzdim. Amma onda da… MƏN olmazdım.



İnsan həyatda nə valideynini, nə millətini, nə də vətənini seçə bilməz. Təbii ölümünü də. Ailə, məslək dəyişmək insana məxsus olan, onun gücü və ağlı gücündə olan məsələlərdir. Amma valideyini dəyişmək mümkünsüzdür. Dünyaya gəlmən üçün əsas səbəb-bəhanə O. Sən məxsus olduğun xalq- milləti dəyişə bilməzsən. O sənin genlerində…təbiətində mütləqdir.



Kəsmək, qurtulmaq da mümkünsüz. Vətənini…dəyişə bilərsən bəlkə də…lap vətən deyə biləcəyin YER kürəsinin istenilən cografiyasında bəxtiyar da olarsan bəlkə. Amma içini daxildən yeyib-qutaracaq o HƏSRƏT seni yenə vətənə gətirəcək.



Bir zamanlar həyatımda hər şeyi dəyişməyə qərara verdim…bacarmadım.

Bunun üçün əvvəlcə özümü…sonra ailəmi, çevrəmi dəyişməliydim. Amma hamısı dəyişilməyəcək qədər DOĞMAdır. Oxuduqlarımla yaşadıqlarım heç uyğun gəlmədi. Bunları gorəsən, amma görməməyə çalışmalısan… Bu mümkünsüz mütləqdir. Amma reallıqdır.



Bilirsinizmi…bəlkə də doğrudur. Nə vaxt ki, düşünürsən sən bədbəxtsən….onda işlə, bu kədəri qovmaq üçün İŞ yeganə vasitədir. Heç nə… iş qədər adamı cansıxıcı boşluqdan xilas etmir.(İ.R.Bexer)

Mən də artıq bu yaşamdayam. İllah da bu yaradıcı iş olduqda…xususən.

-NƏYİ dəyişə bilirsən-bunlar istisnadırsa…



Dəyişmək mümkün olsa… HƏKİM olardım

Anamın məni tərk etməsinə… getməsinə imkan verməzdim. Naşı ve vecsiz həkimlərdən imtina edəcək qədər başarılı biri olardım.
Dəyişmək mümkün olsa… HAKİM olardım. Atamın arzusunu yerinə yetirərdim. Babamın davamçısı olardım.



Daha 11 il sonra atamın… «neynək, sənin peşənin də bir az hakimliyə bənzəri var» deməsini gözləməzdim. (M.C.Bağırov filmindən sonra)

Nəyi dəyişə bilərəm ki?

Çar edip ….ən miskin həyat yaşayıb, sonunda heç bir insan övladının yaşamaq istəmədiyi «İzlərin sahibi» olduğunu anladıqda nə etdi? Günəşə baxan gözlərini … sübh tezdən günəş şualarının görünməsi ilə mil salaraq KOR etdi. Bu ne CƏZA idi, ilahi?



O zamandan ….ilk mutailədən sonra, xeyli zaman düşündüm ki, insan başına gələnlərdən xəbərdar olaraqmı bu yolu getdi? Yox….Amma nə olur olsun o təbiətin əleyhinə gedən bir məxluq oldu. Bu TANRI cezasıdır axı. Mənim gəldiyim qərar da bu idi, Günahkar ZEVS dir. Edip deyil. Ona bu taleni ZEVS yazdı. O istədi ki…belə sonuç olsun. Amma EDIP Zevsi anlamadığından etdiyi hadisələrə baxmamaq üçün bilərəktən özünü bu taleyə KOR etdi .

Demək ki…dəyişmək tanrı qəzəbinə gəlmək deməkdir. Bundan sonra, hansi cəhddən söhbət gedə bilər?

Əvvəldən biləndə ki, sən SƏN HEÇ NƏYİ DƏYİŞƏ BİLMƏYƏCƏKSƏN bütün cəhdlərin hədərdir…Belə bir məğlub tale yaşamaq çətindir.
Ya gərək ARSIZlıq…ya keyfli ƏYLƏNCƏlərlə dolu həyat yaşayasan . Ya kədərdən qurtulmaq uçün ən yalnış addım- İNTİHAR a doğru gedəcəksən. Biz axı şərqliyik. Şərqlilərin qanı coşğundur. Məğlubiyyəti hələm-hələm qəbul etməzlər.



Bəzən başqalarına da əlçatmaz görünən bu zirvə…sənin üçün məğlub məğrurun həyat tərzidir. Amma anlayana…

BU Həyatı DƏYİŞMƏK MÜMKÜNSÜZ-dür.

Mən dünyanı indiki kimi ANLAMAQdan uzaq biri olmaq istərdim. Gerçəkdən… her şeyi bilmək lazım deyil, her şeyi anlamaq kifayət edər. Anlamaq və yaşamaq …bu da zor.

Dəyişmək mümkün olsa…

ŞƏXSİ deyil…peşəmin dəyəri acısından Avropa ya Amerikada Tarixi filmlər…-araşdırma işi ilə…yenə də məşğul olmaq istərdim. Sənə DƏYƏR veriləcək, minnətdar bir yerdə çalışmaq istərdim. Halbuki belə bir addımda, bele israrınla bərabər arzuolunmaz olursan.

Dəyişmək mümkün olsa….. Şüurumu, duşünmə mexanizmimi deyişərdim. Bu gün məni əhatə edən insanların ikinci, ya üçüncü üzünü çıxarardım. Indi insanlar arasında da kopiya orijinaldan daha çoxdur.

Daha nə….BİLMİRƏM!

Mümkün olsaydı…TİBETƏ gedərdim. Təbiət… YARADAN-la daha yaxın ola bilmək uçün. Suallarıma cavab tapmaq üçün. Çünki əmin olmaq istərdim ki … Allah her şeyi yaradıbsa, deməli xeyir ve şəri də, insanın qüsurlu təbiətini de o yaradıb.

Şüur heç vaxt ağlamır, bu onun işi deyil. Ürəksə heç vaxt düşünmür, o bizə bunun üçün verilməyib.



Uşaqlığımı …Gəncliyimi….kaş dəyişə biləydim




Əvvəlcə…inandığım ilk insandan təxminən: - Mən Marsa uçmaq istəyirəm, mənimlə gedirsənmi?- sorub…onu müşahahidə edərdim. Sonra quyuya düşdüyümdə, əlimi əlindən qoparıb mənim quyu dibinə enməyimə bele tamaşa etdiyini…illərlə içimdə açıq yara kimi saxlamamaq üçün.

Var…ele həqiqətlər var ki…onu ancaq ZAMANla çözmək olur. Bəzi həqiqətləri ise… zaman unutdurur. Yaxud zamanla daha da yaddaşda özunə əbədi məskən salır. Mən isə içimdəki bildiyim, ən böyük həqiqəti unutdum. İnsana inanmaq (güvənmək) olmaz. UNUTMAQ- özgürlükdür. Yoxsa İNAM da, özgürlükdə də … yalnız O-na məxsusdur və onu unutmamaq gərək idi?

Mən…nə zaman özümü Allahın yaratdığı digər varlıqlardan üstün olduğuma inanmağa başladım? Əgər etdimsə…

Nə zaman içimdə …sakitləşməyən bir fırtınalı dənizdə qabarmalar, nə zaman qəlbimi, ruhumu sarsan və daşan bir kibir yarandı? Əgər kibirsə…

Nə zamandan mənim gözlərimdən yuxumu qaçıracaq bir hiss…bir həqiqət baş qaldırdı ki? Kimə gərəkdir axı ..HƏQİQƏT.

Nə zaman mən…içimdə bitib-tükənməyən suallara cavab tapacam? Nə zaman RAHAT olacam? Axi mən də yaradılmış insanlardan biriyəm…
Amma bunu da anlayıram ki… Hər şey köhnəlir. Hər şey, hətta dərdlər də köhnəlir. Amma nə zaman?

SONUÇsa belədir:




Mən heç nəyi DƏYİŞDİRMƏK istəməzdim.…YOX. Çünki YARADAN odur. Hətta məni də. Mən nəyi dəyişdirə bilərdim ki???

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti