Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, R.İbrahimova məxsus “Hyundai” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını və “TO-30” markalı iki traktordan beş akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov Nəqliyyatda Baş Polis İdarəsi, Yasamal Rayon Polis İdarəsinin 29-cu və Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbələrinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Onun mayın 13-nə keçən gecə Nərimanov rayonu ərazisində “Mercedes” markalı avtomobildən akkumulyator oğurlaması məlum olub. Habelə müəyyən edilib ki, o, bu cinayət əməllərini oğurladığı dövlət qeydiyyat nişanlarını idarə etdiyi “Hyundai” markalı avtomobilin üzərinə quraşdırmaqla həyata keçirib.
Faktla bağlı təhqiqat aparılır.
Azvision.az