““Auto FM” Anar Məmmədova məxsus deyil” - TƏKZİB

““Auto FM” Anar Məmmədova məxsus deyil” - TƏKZİB
  09 Yanvar 2014    Oxunub:1243
“Auto FM” radiosunun heç bir şəxsə aiddiyyatı yoxdur

Yerli mətbuatda yayılan məlumatlarda yenicə fəaliyyətə başlayan “Auto FM” radiosu nəqliyyat naziri Ziya Məmmədovun oğlu iş adamı Anar Məmmədova məxsus olduğu bildirilir.

“Auto FM” radiosunun direktoru Elnur Baimov AzVision.az-a açıqlamasında xəbərləri təkzib edərək radionun Anar Məmmədovla, ümumiyyətlə heç bir şəxsə aidiyyatı olmadığını bildirib.

E. Baimov qeyd edib ki, 107.7 tezliyi Nəqliyyat Nazirliyinin Nəqliyyatı intellektual idarəetmə mərkəzinə ayrılıb və onun nəzdində fəaliyyət göstərir.

O, həmçinin radionun hədəfi ölkənin ən populyar fm dalğası olduğunu diqqətə çatdırıb: “Bu məqsədlə radioya peşəkarlardan ibarət komanda cəlb olunub. Əsasən dinamik fm dalğasına üstünlük verən radio hər saatın tamamında ən son xəbərləri eləcə də gün ərzində 3 dəfə intellektual və əyləncəli proqramlar, müxtəlif janrlı musiqi nömrələri səsləndirəcək”.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti