Hacıqabul rayonunda ümumi sahəsi 150 m² olan taxta konstruksiyalardan ibarət 2 mərtəbəli 8 otaqlı evin 2 otağı və içərisindəki ev əşyaları 60 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.