“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib - FOTO
Bir neçə ərazidə ağaclar elektrik xətlərinin üzərinə aşıb. Quba şəhərində külək 5 mərtəbəli binanın damını elektrik xəttinin üzərinə aşırıb. Qəza baş verən ərazilərə əlavə mal-material göndərilib və texnika cəlb olunub, xətlərdə bərpa işləri görülüb. Operativ tədbirlər nəticəsində abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunublar.
"Azərişıq" ASC abonentlərindən xahiş edir ki, baş verən qəza və açılmalarla bağlı dərhal "Azərişıq" ASC-nin 199 saylı çağrı mərkəzinə məlumat versinlər.
Azvision.az
Teqlər: Azərişıq