Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, binanın üçüncü mərtəbəsində ümumi sahəsi 33 m² olan 1 otaqlı mənzildə ev əşyaları 20 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.