YAP-çı deputat telefon xəbərini yalanladı

YAP-çı deputat telefon xəbərini yalanladı
  09 Yanvar 2014    Oxunub:1047
`Milli Məclisə telefonla daxil olmaq qadağası haqqında xəbər düz deyil`.
Bu gün mətbuatda Milli Məclisə telefonla daxil olmağa qadağa qoyulması barədə xəbər yayılıb.

Xəbər həqiqəti əks etdirmir.

Bunu millət vəkili Aydın Mirzəzadə facebook profilində yazıb.

Deputata bildirib ki, 2014-cü ilin yanvarın 1-dən Milli Məclisin binasına brauzeri və fotoaparat funksiyası olan telefon aparatı ilə daxil olmaq yasaq edilib.

“ Bu parlament binasının xüsusi rejimli bir obyekt olması ilə bağlıdır və bütün dünyada belə bir praktika vardır.

Parlament binasına sadaladığım funksiyaları olmayan telefon aparatı ilə daxil olmağa heç bir qadağa yoxdur. Mən belə bir telefon aparatı ( qiyməti 32 manatdır ) aldım və binaya daxil olmamışdan əvvəl, nömrə kartımı o aparata yerləşdirərək daxil oluram. Ona görə də binada olarkən də öz mobil telefonumdan istifadə edə bilirəm.

Binaya sadalanan funksiyalı telefonla gələnlərə aparatı girişdə təhvil verməlidirlər. Sadə telefon aparatı olanlar isə probelmsiz binaya daxil olurlar və aparatlarını təhvil verməyə ehtiyac olmur”- deyə A. Mirzəzadə bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti