Bakıda narkotik alverçiləri saxlanıldı
Sabunçu rayon Polis İdarəsinin Post-Patrul Bölüyü əməkdaşları tərəfindən 1991-ci il təvəllüdlü Elçin Ağayev saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı 0, 41 qram metamfetamin, 6 bükümdə olan 0,431 qram heroin götürülüb.
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini 1983-cü il təvəllüdlü İbrahim Abbasov saxlanılıb.
Onun evinin həyətində avrotexniki qaydalarla qulluq olunmuş 4 ədəd çətənə kolu aşkar edilib. Hər 3 faktla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: DİN