Goranboyda birmərtəbəli ev yanıb

  18 May 2020    Oxunub : 3239
Goranboyda birmərtəbəli ev yanıb
Goranboy rayonunun Qaradağlı kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 25 m² olan, dam örtüyü qamışdan ibarət birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın