Amerikalı diplomat Elmar Vəliyevi izlədi - FOTOLAR

Amerikalı diplomat Elmar Vəliyevi izlədi - FOTOLAR
  09 Yanvar 2014    Oxunub:4500
Gəncədə keçirilən növbəti səyyar görüşdə ABŞ səfirliyinin müvəqqəti işlər üzrə vəkili Derek Hoganın da iştirak edib
Gəncə Şəhər İcra Hakimiyətindən AzVision.az-a verilən məlumata görə, bu gün Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevlə şəhərin Atatürk prospektində yerləşən nümunəvi məhəllənin sakinlərinin növbəti görüşü keçirilib. Görüşdə sakinlər şəhərdə aparılan geniş abadlıq-quruculuq işlərindən iftixar hissi ilə söhbət açıblar. Onlar prezident cənab İlham Əliyevin gəncəlilərə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının bütün tapşırıq və tövsiyələrini yerinə yetirən şəhər rəhbərliyinin onlara hərtərəfli dəstək və dayaq olduğunu vurğulayıblar. Elə görüşün keçirildiyi məhəllənin tamamilə yenidən qururlmasının, illərlə təmir olunmayan binaların müasir səviyyədə təmir olunmasının, dam örtüklərinin dəyişdirilməsinin, kommunikasiya xətlərinin yenilənməsi və yerin altına salınmasının, ərazinin asfaltlanmasının, işıq dirəklərinin yeniləri ilə əvəz olunmasının, uşaqlar üçün oyun meydançasının, sakinlərin istirahəti üçün lazımı şəraitin yaradılmasının və yeni yaşıllığın salınmasının Gəncədə gedən sürətli inkişafın göstəricisi olduğunu deyiblər.

Görüşdə iştirak edən sakinlərdən Aygün Babayeva, Hüseyn Hüseynov, Fəxrəddin Sultanov, Suliddin Əhmədov, Elmira Bayramova, Kəmalə Məmmədova, Sürəyya Bağırova, İlahə Musayeva, Qurban Şükürov, Səbuhi Məlikov və başqaları Gəncə şəhər rəhbərliyinin bütün əməkçi kollektivlərlə, sadə vətəndaşlarla yaratdığı ünsiyyət və səmimiyyətin nəticəsi olaraq, daha böyük nailiyyətlər ədə olunacağına əminliklərini bildiriblər.
Sakinlərin müraciətləri və müəyyən problemləri görüşdə aidiyyəti təşkilatlara tapşırılaraq yerindəcə həll edilib.

ABŞ səfirliyinin müvəqqəti işlər üzrə vəkili Derek Hoganın başçılığı etdiyi nümayəndə heyətinin bu görüşdə iştirak etməsi tədbirin maraqlı məqamlarından olub. D. Hogan görüşdə iştirak etmək üçün ona yaradılan şəraitə görə təşəkkür edib və şəhər rəhbərliyi ilə vətəndaşlar arasındakı səmimiyyətdən razı qaldığını bildirib. Həmçinin vurğulayıb ki, rəhbərliklə sakinlər arasında sıx əlaqə və ünsiyyət prezident İlham Əliyevin ölkədə apardığı uğurlu siyasətin bəhrəsidir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti