Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 28-də Ü.Kazımovun 160 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən T.Məmmədov saxlanılıb.