Polis Bakıda reydlərə başladı

Polis Bakıda reydlərə başladı
  09 Yanvar 2014    Oxunub:1456
Bakı yol polisi şəhərin mərkəzində reydlərə başlayıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

V.Əsədov deyib ki, bu gün Bakı şəhərinin mərkəzi ərazilərində - Nizami, Üzeyir Hacıbəyov, Rəsul Rza, Rəşid Behbudov küçələri, Bülbül prospektlərində dayanma, durma və parklanmanı qadağan edən nişanların təsir zonasında park edilən avtomobillərin sürücülərinə qarşı reyd keçirilib.

Onun sözlərinə görə, bu gün 100-dən artıq avtomobilin sürücüsü inzibati məsuliyyətə cəlb edilib.

V.Əsədov qeyd edib ki, bu cür reydlər intensiv aparılacaq: "Ona görə də sürücülərdən bir daha xahiş edirik ki, şəhərdəki avtomobil dayanacaqlarından istifadə etsinlər. Əks halda inzibati məsuliyyətə cəlb ediləcəklər".


Teqlər:





Xəbər lenti