“4 cümlədə 5 yalan” – AXCP-yə ağır CAVAB

“4 cümlədə 5 yalan” – AXCP-yə ağır CAVAB
  10 Yanvar 2014    Oxunub:1099
O hansı mübarizə meydanıdır ki, orada onlar var biz isə yoxuq?!
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya iradlarını bildirib. AzVision.az-ın məlumatına görə, F.Qəhrəmanlının Müsavatın Milli Şuradan çıxması ilə bağlı ağır ittihamlarına adekvat cavab verib. Partiya yetkilisi Əli Kərimlinin müavini yalan danışmaqda günahlandırıb:

F. Qəhrəmanlı Müsavat Partiyasını üzərinə götürdüyü öhdəliyi pozmaqda ittiham edib: “Müsavat Partiyasının Milli Şuranı tərk etməklə bağlı qəbul etdiyi qərarda Milli Şuranın müvəqqəti seçki bloku olduğu üçün tərk etdiyi göstərilir. Ancaq Milli Şuranın təsis bəyannaməsində qurumun demokratiyaya keçidi təmin edən bir qurum olduğu və davamlı olaraq fəaliyyət göstərəcəyi ifadə olunub. Müsavat Partiyası da bəyannaməni imzalamaqla, üzərinə öhdəlik götürüb. İndi bu öhdəliyi pozub, Milli Şura çərçivəsindəki müttəfiqlərini buraxıb,
meydanı tərk edib, siyasi kursunu dəyişibsə, bunun inandırıcı cavabı verilməlidir”.

Bu 4 cümləlik mətndə azı 5 yalan var.

1.Müsavat Milli Şuranı yalnız bu qurumun prezident seçkiləri ilə bağlı yarandığını əsas götürərək tərk etməyib.Müsavatın Milli Şuranı tərk etməsi barədə bəyanatında bütün səbəblər aydın şəkildə sadalanıb.Müsavtın bəyanatından mətndə sitat gətirilən cümlə isə bəyanatda sadəcə olaraq yoxdur.

2.Milli Şura üzvləri hər hansı bəyənnaməni imzalamayıb.Milli şura yaradılması haqqında sənəd, hətta Rüstəm İbrahimbəyov tərəfindən imzalanmamışdı .Həmin iclasa sədrlik edən Mirmahmud Mirəlioğlu bunu xüsusi qeyd etdi.

3.Müsavat partiyası Milli Şura qarşısında hər hansı öhdəlik götürməyib. Götürə də bilməzdi. Çünki Milli Şura partiyaların yox, fərdlərin birliyi(dir)idi.

4.Müsavat partiyası siyasi kursunu dəyişməyib. Hansısa dəyişiklik olacaqsa mübarizənin sərtləşməsi istiqamətində olacaq.

5 Müsavat mübarizə meydanını tərk etməyib. Əksinə mübarizəsində əl-ayağa dolaşanlardan azad olub real mübarizə barədə qərar verib.

P.S.O hansı mübarizə meydanıdır ki, orada onlar var biz isə yoxuq?! Bilən varsa yazsın”.

Anar RÜSTƏMOV


Teqlər:  



Xəbər lenti