Biləsuvarda 4 otaqlı ev yandı

  19 May 2020    Oxunub : 3322
Biləsuvarda 4 otaqlı ev yandı
Biləsuvar rayonunun Xırmandalı kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 15 m² sahədə, bitişik, ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları 30 m² sahədə və talvarın altına yığılan 12 ton ot bağlamasının 8 tonu yanıb.

Evin, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın