Mağazanı qarət edən qardaşlar ələ keçdi

  20 May 2020    Oxunub : 2391
Mağazanı qarət edən qardaşlar ələ keçdi
Bakıda mağazada oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan H.Dadaşzadənin ətrafında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun qardaşı R.Dadaşzadə ilə birgə rayon ərazisindəki mağazaların birindən 1150 manat pul və 2 ədəd mobil telefon oğurlaması da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə R.Dadaşzadə də polis əməkdaşları tərəfindən saxlanılıb.

Azvision.az

Teqlər: DİN