Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən
Azvision.az -a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşının “MAZ” markalı yük avtomobili saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı qoşqunun altındakı boşluqda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 35 qutu dərman preparatı və 60 qutu tibbi ləvazimat aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az