İran daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Səfirlik
Qeyd edilib ki, İslam inqilabı rəhbərinin İslam dünyasındakı xüsusi mövqeyini nəzərə alaraq onun Qarabağın müsəlman əhalisinin hüquqlarının pozulmasına diqqət ayırması və bunu Fələstin məsələsi ilə bir sırada səsləndirməsi İslam dünyasının, həmçinin İslam dövlətlərinin ictimai rəyinin Qarabağ məsələsinə yönəlməsində xüsusi rolu olub.
“İran dövləti keçən illər ərzində Ali rəhbərin təyin etdiyi siyasətə əsasən daim Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq prinsiplər əsasında ədalətli həll edilməsini təkidlə vurğulayıb. Ölkəmiz daim beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.
Səfirliyin açıqlamasında İranın Fələstin xalqının azadlıq mübarizəsi ilə tam həmrəy olduğu vurğulanıb.
Pərvanə Sultanova
Azvision.az