Maşını oğurlayıb hissələrə ayırıb satanlar tutuldu - FOTO
Daha sonra o, həmin ehtiyat hissələrinin bəzilərini qohumu N.Musayevin tapdığı müştərilərə satıb. Qaçırılan nəqliyyat vasitəsinin qalan hissələri polislər tərəfindən S.Əliyevin yaşadığı evin həyətindən aşkar olunaraq götürülüb. Faktla bağlı 6-cı Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Bonəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. S.Əliyev və N.Musayevin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və ya Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edə bilərlər.
Azvision.az
Teqlər: DİN