Zakir Həsənov hərbi hissələri yoxlayır

Zakir Həsənov hərbi hissələri yoxlayır
  10 Yanvar 2014    Oxunub:1036
Müdafiə naziri Gəncə şəhərinə gedib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni tədris ilinin başlanması ilə əlaqədar bölgələrdə yerləşən hərbi hissələrin hazırlığını yoxlamaq məqsədilə Gəncə şəhərinə gedib.

Müdafiə nazirinin rəhbərlik etdiyi heyətin məqsədi hərbi hissələrin maddi-texniki, silah-sursatla təchizatını, aparılan tikinti və quruculuq işlərini, həmçinin, şəxsi heyətin sosial-məişət şəraitini yoxlamaqdır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti