Yeni sədr vətəndaşları görüşə çağırır

Yeni sədr vətəndaşları görüşə çağırır
  10 Yanvar 2014    Oxunub:1093
DSMF sədri Elman Mehdiyev Qubada beş rayonun sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, fondun sədri Elman Mehdiyev 22 yanvar 2014-cü il tarixdə, saat 11:00-da Fondun Quba rayon şöbəsinin inzibati binasında bu rayondan, eləcə də Qusar, Şabran, Siyəzən, Xaçmaz rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək.

Vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34, Quba rayon şöbəsində (023) 335 - 26 - 15, Qusar rayon şöbəsində (023) 385-40-94, Şabran rayon şöbəsində (023) 353 -39- 48, Siyəzən rayon şöbəsində (023) 304 - 09- 04, Xaçmaz rayon şöbəsində (023) 325-05-25.

Qəbulda iştirak edəcək vətəndaşların Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Quba rayon şöbəsinə aparılıb gətirilmələri təmin ediləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti