Maşın oğurlayan şəxs ələ keçdi

  22 May 2020    Oxunub : 1897
Maşın oğurlayan şəxs ələ keçdi
Qazax Rayon Polis Şöbəsinə müraciət edən Orta Salahlı kənd sakini A.Xəlilov mayın 21-də kənd ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qazaxbəyli kənd sakini A.Musayev polis əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az

Teqlər: Qazax   Maşın   Oğurluq