Türkanda ağır qəza, ölən var

  23 May 2020    Oxunub : 2504
Türkanda ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az -ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Samir Əliyev "Nissan" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində sərnişin, 2000-ci il təvəllüdlü Azər Bədirli isə hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Qəza