Fazil Mustafa Ankarada məruzə edib

Fazil Mustafa Ankarada məruzə edib
  10 Yanvar 2014    Oxunub:1302
Bu gün Ankara (Türkiyə) şəhərində Ankara Barosu Uluslararası Hüquq Qurultayı keçirilib.
Konfransda Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa "İnsan haqları şikayət mexanizmləri" mövzusunda məruzə edərək, bu sahədə olan problemlərin səbəblərini təhlil edib.

Millət vəkili Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət hüququnun praktik çətinlikləri və yerli hüquq sistemində olan vəziyyəti şərh edib. Bu zaman AİHM-in "Eynulla FətullayEv Azərbaycana qarşı" qərarı zamanı hökumətlə məhkəmə arasında baş verən fərqli hüquqi yoruma və Laçından olan məcburi köçkünlərin Ermənistana qarşı iddialarına baxılarkən siyasi mülahizələrin hüquq prinsiplərindən önə çıxarılmasına xüsusi diqqət yetirib. Sonda çoxsaylı suallar ətrafında müxtəlif ölkələrin millət vəkilləri və hüquqşünasları ilə mövzuya aid diskussiya aparılıb.



Teqlər:  



Xəbər lenti