FHN: “Alov qüllələri” yaxınlığında yanğın olmayıb
"Göstərilən ərazidə heç bir yanğın hadisəsi baş verməyib, yayılan video və şəkillər bir neçə il əvvəl baş vermiş hadisənin görüntüləridir. Bununla bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək hər hansı hadisə barədə daxil olan məlumatları yaymazdan əvvəl FHN-in Mətbuat xidməti ilə dəqiqləşdirməyə və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq", - deyə məlumatda qeyd olunub.
Azvision.az