Ağdaşda narkotik alverçisi saxlanıldı - FOTOLAR
Şəxsi axtarış zamanı F.Nəbiyevdən kiçik ölçülü kağız və sellofan bükümlərdə narkotik vasitə tiryək, psixotrop maddə metamfetamin və metadon həbləri aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış keçirilib.
Oradan da yuxarıda adları qeyd olunan narkotik vasitələr və psixotrop maddələr, həmçinin həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilən 28 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.
Azvision.az