Avtomobil oğrusu ələ keçdi

  25 May 2020    Oxunub : 2599
Avtomobil oğrusu ələ keçdi
Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə mayın 24-də saat 15 radələrində Kürdəxanı qəsəbəsi ərazisindən qəsəbə sakini K.Həşimova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün polis əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N.Əhmədov saxlanılıb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.


Azvision.az

Teqlər: DİN