Azərbaycanda seçicilərin yeni siyahısı hazırlanır

Azərbaycanda seçicilərin yeni siyahısı hazırlanır
  10 Yanvar 2014    Oxunub:1345
2014-cü ilin yanvar ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə başlanılıb.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, seçki qanunvericiliyinə görə, vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır. Sözügedən proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçirilir.

Seçki Məcəlləsinin tələblərinə əsasən məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir.

Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təhvil verəcəklər. Mərkəzi Seçki Komissiyası da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək. Bu prosesə ən geci may ayının sonuna qədər yekun vurulacaq və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək.


Teqlər:





Xəbər lenti