Qazaxda yaşayış binasında yanğın olub

  25 May 2020    Oxunub : 3680
Qazaxda yaşayış binasında yanğın olub
Qazax rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində, ümumi sahəsi 24 m² mənzilin qarşısına artırılan aynabəndin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: Yanğın   FHN