Sabirabadda birmərtəbəli ev yanıb

  28 May 2020    Oxunub : 2055
Sabirabadda birmərtəbəli ev yanıb
Sabirabad rayonunun Quruzma kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 80 m² sahədə və içərisindəki əşyalar qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın