Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Bundan başqa, Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olumuş Ə.Cavadovun həyətindəki istixanadan kultivasiya yolu ilə yetişdirilən 25 ədəd çətənə kolu və 495 qram marixuana aşkar edilərək götürülüb.
Eyni zamanda Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Yuxarı Ləki kəndi ərazisində Binələr kənd sakini G.Bayramov və Ləki qəsəbə sakini E.Hüseynov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 38 ədəd çətənə kolu aşkar edilərək götürülüb, Nehrəxəlil kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 1 ton 31 kiloqram olan 7035 ədəd çətənə kolu aşkar edilib məhv edilib.
Azvision.az
Teqlər: DİN