Qadını öldürüb kanala atan şəxs tutuldu
Daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırmalarla meyitin Saatlı rayon sakini Şəhla İbrahimova olması müəyyən edilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Yenikənd kənd sakini, əvvəllər məhkum olunmuş R.Dadaşov tutulub.
Azvision.az