Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Quba rayonunun Ördüc kəndi ərazisində “UAZ” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Hüseynov Pərviz Həsənəli oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.