Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Qaratəpə kənd sakini M.İsmayılovun həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu, habelə 3 kiloqram 870 qram marixuana aşkar edilərək götürülüb.