Keçmiş məhkum oğurluq etdi

  29 May 2020    Oxunub : 2249
Keçmiş məhkum oğurluq etdi
Bakıda oğurluq edən şəxs tutuldu.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 19-da rayon ərazisindəki mağazaların birindən 1000 manat dəyərində 5 ədəd pul qabı, 16 ədəd alışqan, 50 ədəd qol saatı və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfov saxlanılıb.

Azvision.az

Teqlər: Sabunçu   Oğurluq